Tyaqo savaşına "Barselona" da qoşuldu

Tyaqo Alkantara "Bayern"dən ayrılmağa qərar verib.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, Münhen təmsilçisinin ispaniyalı yarımmüdafiıçisi komanda yoldaşları ilə vidalaşıb. Ötən mövsüm komanda ilə 3 titul qazanan 29 yaşlı futbolçu klubun yeni müqavilə təklifini qəbul etməyib.

 

Tyaqonun adı "Liverpul" və "Mançester Yunayted" ilə hallanır. Son olaraq, "Barselona"nın da keçmiş futbolçusuna təklif göndərdiyi bildirilir.

 

Alkantaranın "Bayern"lə müqaviləsi 2021-ci ilin yayında bitəcək. Bundesliqa klubu futbolçunu 2013-cü ildə "Barselona"dan 25 milyon avroya transfer edib.

Tarix: 7 Sentyabr [13:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2020
22  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio