"Zirə"də ayrılıq - müqaviləsi ləğv olundu

16:16 - 17 Sentyabr 2020

"Zirə"də ayrılıq baş verib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, qəsəbə təmsilçisi George Antonla yollarını ayırıb. Moldovalı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.


27 yaşlı futbolçu ötən mövsümün qış fasiləsində "qartallar"a keçmişdi. O, daha öncə ölkəsində "Zimbru" və "Şerif"də oynayıb.

 

Xəbər xətti