"Fənərbaxça"dan Çin klubuna keçdi

15:15 - 18 Sentyabr 2020

"Fənərbaxça"nın müdafiəçisi Jailson karyerasını Çində davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, "Dalian" klubu braziliyalı futbolçunun keçidi üçün 4,5 milyon avro təzminat ödəyib. Bu məbləğdən 900 min avro futbolçunun keçmiş klubu "Qremio"ya çatacaq.

 

"Fənərbaxça" 25 yaşlı oyunçunu 2018-ci ilin yayında "Qremio"dan 4 milyon avroya transfer etmişdi. O, İstanbul klubunda keçirdiyi 63 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə edib.

Xəbər xətti