Çinin "Quançjoy Fuli" klubundan ayrılan İsrail millisinin üzvü Eran Zahavi karyerasını Niderlandda davam etdirəcək.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumçu PSV-yə keçib. Erediviziya klubu təcrübəli futbolçu ilə iki illik müqavilə imzaladığını açıqlayıb.
Zahavi 2016-cı ildən çıxış etdiyi Çin klubunda 106 oyunda 91 qol vurub, 27 məhsuldar ötürmə edib. O, daha öncə "Hapoel" (Təl-Əviv), "Palermo" və "Hapoel" (Ramat-ha-Şapon) klublarında oynayıb.