"Sabah"dan yeni sponsorluq müqaviləsi

“Sabah”la “Maxi.az” mağazalar şəbəkəsi arasında əməkdaşlıq və sponsorluq müqaviləsinin müddəti artırılıb.

 

Sportal.az xəbər verir ki, yeni müqavilənin müddəti 2020-2021-ci illər mövsümünün sonuna kimidir.

 

“Sabah” Futbol Akademiyasını əhatə edəcək əməkdaşlıq çərçivəsində “Maxi.az” ilə klub arasında uşaq futbolunun inkişafı, ölkədə futbolun kütləviləşməsi və bu oyuna marağın yaradılması istiqamətində birgə layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

 

Sabah” və “Maxi.az” mağazalar şəbəkəsi ötən ilin noyabr ayından əməkdaşlıq edir. Əməkdaşlıq çərçivəsində klubuun futbol akademiyasını əhatə edən bir çox tədbirlər və layihələr həyata keçirilib.

Tarix: 23 Sentyabr [17:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24 Oktyabr 2020
23  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio