"Neftçi" və "Qəbələ"nin 53-cü dueli

15:12 - 25 Sentyabr 2020

Bu gün Azərbaycan Premyer Liqasında IV tur start götürəcək.

 

Sportal.az xəbər verir ki, turun son günündə meydana çıxacaq “Qəbələ” “Neftçi” ilə qarşılaşacaq. Sentyabrın 27-də keçiriləcək görüş “Dalğa Arena”da baş tutacaq.

 

Bakıdakı matç rəqiblərin 53-cü dueli olacaq. Bu dəfəki görüşə qədər iki komanda arasında 52 oyun keçirilib. İndiyədək 17 qələbə qazanan “qırmızı-qaralar” 12 dəfə heç-heçə edib və 23 matçdan məğlub ayrılıb. Rəqib qapısından 65 top keçirən qəbələlilər 73 qol buraxıb.

 

Premyer Liqa çərçivəsində 48-ci duelə qədər rəqiblər 47 çempionat matçında qarşılaşıb. “Qəbələ” 16 dəfə qalib gəlibsə, 9 dəfə 1 xalla kifayətlənib və 22 dəfə uduzub. 58 qola imza atan əyalət təmsilçisi 67 top buraxıb.

 

26-cı dəfə “Neftçi”nin qonağı olacaq “Qəbələ” səfərdə 9 dəfə qalib gəlib. 6 heç-heçə edən meydan sahibləri 10 dəfə məğlubiyyətlə barışıb. Bu matçlarda 30 dəfə fərqlənən "qırmızı-qaralar" 36 qol buraxıb.

Xəbər xətti