Millimizin aparıcı siması orduda

00:00 - 30 Sentyabr 2020

Taekvondo millimizin aparıcı üzvü Ayxan Tağızadə Azərbaycan ordusuna qoşulub.

 

Sportal.az xəbər verir ki, I Avropa oyunları və IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanmış 24 yaşlı idmançı ölkədə elan edilən qismən səfərbərliyə əsasən hərbi xidmətə çağırılıb.

 

Onun hansı döyüş bölgəsinə yollandığı hələ ki məlum deyil.

 

Xəbər xətti