"Barselona" yeni transferini açıqladı

18:00 - 1 Oktyabr 2020

"Barselona" "Ayaks"ın müdafiəçisi Serjino Desti transfer edib.

 

Sportal.az klubun saytına istinadla xəbər verir ki, katalonlar 19 yaşlı sol cinah müdafiəçisinin keçidi üçün 26,2 milyon avro təzminat ödəyib. ABŞ millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.

 

"Ayaks"ın yetirməsi ötən mövsüm keçirdiyi 36 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə edib.

Xəbər xətti