Füzuli Məmmədov: "Diqqətimiz cəbhədədi, futbolçuları oyuna kökləmək çətin olur"

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Premyer Liqanın VI turunun "Sabah”la (1:0) oyunsonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, bütün diqqətin cəbhədə olduğunu bildirən mütəxəssis futbolçuları oyuna kökləmək üçün əlindən gələni etdiklərini deyib:

"İndiki vəziyyətdə oyun haqqında danışmaq çətindi. Bütün Azərbaycanın diqqəti cəbhədədi. Ürəyimiz onlarla döyünür. Bütün məşqçilər üçün futbolçuları matça kökləmək çətin olur, amma bunun üçün əlimizdən gələni edirik. Oyun qurtarıb, yenə diqqətimiz cəbhədədi. Allah şəhidlərimizə rəhmət eləsin, ordumuza qüvvət versin. Bu gün qələbə qazandıq, amma əsas qələbə xəbərlərini qarşıda eşidəcəyimizə inanırıq. Oyuna gəlincə, çətin olacağını bilirdik. Rəqibi analiz etmişdik, "Sabah”ın heyətində yaxşı futbolçular var. Futbolçularımız tapşırıqların öhdəsindən maksimum gəlməyə çalışdılar, meydanda döyüşdülər. Onlari təbrik edirəm”.

Baş məşqçi Rener Alvesi deyil, Mert Çeliki oynatmasını belə əsaslandırıb: "Mertin üstünlüyü oyun praktikasının daha çox olmasındadır. Rener perspektivli futbolçudu, amma onun çempionat və komandanın səviyyəsinə uyğunlaşması üçün vaxt lazımdı. Onu gələcək üçün planlaşdırmışıq”.

Tarix: 18 Oktyabr [17:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2020
22  Oktyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio