Qurban Qurbanov: "Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam"

22:06 - 21 Oktyabr 2020

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ilk oyununda sabah səfərdə "Makkabi"nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib:

 

"Makkabi"nin həm "Dinamo" (Brest,Belarus), həm də "Zalsburq"la matçlarını izləmişəm. Özünəməxsus oyun taktikası olan bir komandadır. Rəqibin hansısa futbolçusunu fərqləndirmək istəməzdim. "Makkabi"nin yaxşı oyun fəlsəfəsi var.


Təbii ki, hazırda ölkəmizdə müharibə getdiyinə görə fikrimizin əsgərlərimizin yanında olmağı normaldır. Ordumuz torpaqlarımızın işğaldan azad olunması üçün mübarizə aparır. Hər gün cəbhədən xoş xəbərlər gəlir.

Futbolçularımı sabahkı matça motivasiya etməyə çalışacam. Sərfəli nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Xəbər xətti