Visente Qomes: "Hücumları sonlandırmaqda dəqiqlik çatışmadı"

17:45 - 25 Oktyabr 2020

"Sabah"ın baş məşqçisi Visente Qomes Premyer Liqanın VII turunda "Sumqayıt"a məğlubiyyətdən (1:2) sonra fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis deyib:

"İlk hissədə üstün tərəf biz idik. Rəqibə əks-hücum etməyə imkan vermirdik. Fasilədən sonra da qol imkanlarımız oldu. Lakin hücumları sonlandırmaqda dəqiqlik çatışmadı. Əvəzində rəqib əks-hücumda qol vurdu və qələbə qazandı".

Xəbər xətti