Millətlər Liqası: yığmanın qrup qalibi olmaq ehtimalı

11:28 - 26 Oktyabr 2020

Millətlər Liqasında 4 turun nəticələrinə əsasən, komandaların qrup mərhələsində yekun mövqeyi barədə ehtimallar cədvəli hazırlanıb. Sportal.az xəbər verir ki, arici KİV-ə görə, Azərbaycan yəğmasının qrupu lider bitirmək şansı 1 faizdi.

4 turdan sonra eyni sayda xal yoplayan və liderlər – Lüksemburqla Monteneqrodan 5 xal geri qalan Azərbaycan millisinin nəzəri olaraq qrup qalibi olmaq şansı var. Bunun üçün növbəti matçlarda özündən öndə qərarlaşan rəqiblərlə üz-üzə gələcək Canni De Byazinin komandası hər ikisinə qalib gəlməli və onların Kiprəə uduzmasını gözləməlidi. Belə ssenarinin reallaşma ehtimalı 1,06 faiz olaraq dəyərləndirilir.

Millinin qrupu hazırda qərarlaşdığı pillədə bitirməsi daha real hesab olunur – 89,28 faiz. 3-cülüyün əldən verilməsi, Kiprin yığmamızı keçməsi isə 5,45 faiz kimi qiymətləndirilir. Millinin qrupu 2-ci sırada bitirmək ehtimalı da var. Bu isə 4,21 faizə bərabərdi.

Qrupu lider kimi başa vuracağı gözlənilən Monteneqrodu. Baxmayaraq ki, bu komanda hazırda əlavə göstəricilərə görə 2-ci sıradadı, 50,83 faiz ehtimalla qrupun qalibi olacağı gözlənilir. Lüksemburq üçün bu ehtimal 48,11 faizdi.

Milli noyabrın 14-də öz meydanında Monteneqro, 3 gün sonra səfərdə Lüksemburqla qarşılaşacaq.

Xəbər xətti