Qurban Qurbanov: "Türkiyədə oynamaq üçün israr etdik"

"Qarabağ"ın baş məşqçisi Qurban İstanbul aeroportunda türkiyəli jurnalistlərə açıqlama verib.

Sportal.az xəbər verir ki, o, Avropa Liqasının qrup mərhələsinin II turunda "Vilyarreal"la görüşü Türkiyədə keçirəcəkləri üçün sevincli olduqlarını bildirib:

"Qardaş ölkəyə sevə-sevə gəldik. Başqa variantlar da təklif olunmuşdu. Amma biz Türkiyədə oynamaq istədiyimizi söylədik. Bir az israr etdik. Burada oynayacağımız üçün sevincliyik".

"Qarabağ" - "Vilyarreal" sabah Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda olacaq. Qarabağdakı hərbi proseslərlə əlaədar UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidi.

Tarix: 28 Oktyabr [10:33]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
1 Dekabr 2020
30  Noyabr 2017
© 2012 - 2020 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio