"Real"da ciddi itki

14:59 - 29 Noyabr 2020

La Liqanın XI turunda "Alaves"Ə uduzan (1:2) "Real" bu matçda ciddi itki ilə üzləşib. 

Sportal.az xəbər verir ki, komandanın vingeri Eden Azar oyunun gedişində zədələnib. 28 dəqiqəsində xəsarət alan belçikalı futbolçu Rodriqo ilə əvəzlənib. Azarın vəziyyəti ilə bağlı məlumat verilməyib.

Komandanın baş məşqçisi Zinəddin Zidan oyundan sonra verdiyi açıqlamada xədənin ciddi olmadığına ümid etdiyini bildirib.

Xəbər xətti