"Keşlə"nin hakimləri təhqir edən futbolçusuna 4 oyun cəza

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının XI turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:

“Keşlə” – “Sabah” oyununda “Keşlə”nin futbolçusu İlkin Qırtımov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə aldıqdan sonra hakimlər briqadasını təhqir etdiyi üçün 4 oyun cəzalanıb, klubu 3200 manat cərimə olunub. “Keşlə”nin digər futbolçusu Con Kamara qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

“Sumqayıt” – “Qəbələ” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

Tarix: 1 Dekabr [15:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 Yanvar 2021
27  Yanvar 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio