"Xalı olmasa da, "Qarabağ" keyfiyyətli, güclü komandadı" - "Makkabi"nin futbolçusu

21:26 - 2 Dekabr 2020

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Makkabi"nin (Tel-Əviv) futbolçusu Maor Kandil sabahkı grüş bardə fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, 27 yaşlı müdafiəçi klubun saytına açıqlamasında təmsilçimizin keyfiyyətli komanda olduğunu söyləyib:

"Məqsədimiz növbəti mərhələyə yüksəlməkdi. Sabah yaxşı nəticə qazanmalıyıq. Xalı olmasa da, "Qarabağ" keyfiyyətli komandadı. Rəqib çox güclüdü. Amma onları analiz etmişik. Bu mövsüm Türkiyədə oynamışıq. Qısa uçuş olduğu üçün rahatıq. Bizim üçün çox vacib matç olacaq".

İstanbuldakı "Başakşəhər Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Makkabi" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Xəbər xətti