"Real" Zidanı Poçettino ilə əvəzləyir?

17:58 - 3 Dekabr 2020

"Real"da nbaş məşqçi Zinədin Zidanı əvəzləməyə əsas namizəd bəlli olub.

İspaniya mətbuatı yazır ki, bu argentinalı mütəxəssis Maurisio Poçettinodu. Lakin "kral klubu" hələlik onunla danışıqlara başlamayıb.

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi komandanın sabiq futbolçusu Raul Qonsalesin də namizədliyini nəzərdən keçirir. Amma gənc məşqçinin dərhal əsas komanda ilə işə başlaması planlaşdırılmır.

Zinədin Zidan son açıqlamasında istefa verməyi düşünmədiyini bildirib. Mətbuat klub rəhbərliyinin onu qovacağını istisna etmir.

Poçettino 2014 - 2019-cu illərdə "Tottenhem"də işləyib.

Xəbər xətti