PSJ Poçettinonun debütündə heç-heçə etdi - VİDEO

10:42 - 7 Yanvar 2021

Fransa I Liqasında 18-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, PSJ yeni baş məşqçisi Maurisio Poçettinonun rəhbərliyi altında səfərdə "Sent Etyen" ilə qarşılaşıb. Oyunda qalib müəyyənləşməyib - 1:1.

 

PSJ Liqa 1-də 36 xalla 2-ci pillədə gedir. Lider "Lion"un 39 xalı var. "Sent Etyen" isə 19 xalla 14-cüdür.

 

 

"Sent-Etyen" - PSJ - 1:1

Qollar: Hamuma, 19 - Kin, 22

 

Xəbər xətti