Makedoniyalı futbolçu Azərbaycan klubuna keçə bilər

Şimali Makedoniyanın “Vardar” klubunun futbolçusu Boyan Naydenov karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportal.az "sportmedia" nəşrinə istinadla xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ilə “Səbail”in maraqlandığı bildirilib.

 

Makedoniyalı futbolçunun başqa klubların da hədəfində olduğu, lakin onun "Səbail"ə keçmək ehtimalının daha yüksək olduğu vurğulanıb.

 

Ötən ilin avqustundan “Vardar”da çıxış edən Şimali Makedoniya millisinin keçmiş üzvü ölkəsində “Horizont”, “Rabotniçki”, İranda “İstiqlal”, Misirdə “Smuxa” və Albaniyada “Laçi”də oynayıb.

Tarix: 11 Yanvar [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio