Özil "Fənərbaxça"ya transferindən danışdı

12:55 - 18 Yanvar 2021

Türkiyənin "Fənərbaxça" klubunun yeni transferi Məsut Özil İstanbula gəlib.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı futbolçu hava limanında "sarı-lacıvərdlilər"ə keçidi barədə danışıb:

 

"Çox həyəcanlıyam. Çünki hər zaman "Fənərbaxça"lı olmuşam. Sadəcə "Fənəbaxça" üçün deyil, mənim üçün də bir yuxu gerçəkləşir. Formanı geyinməyi gözləyirəm, inşallah, komanda yoldaşlarımla uğurlar qazanarıq. Həyəcandan başqa nəsə deməyə söz tapmıram. Hər şey gözəl olacaq, xeyirli olsun. "Fənərbaxça" azarkeşləri də çox sağ olsunlar. Hər zaman məni dəstəkləyiblər. Nə qədər böyük camiə olduğunu bilirik. Yenə də bunu göstərdilər. Çox sevincliyəm, onlara təşəkkürümü meydanda göstərəcəyəm. Xeyirli olsun".

 

Almaniya millisinin keçmiş üzvü İngiltərənin "Arsenal" klubu ilə müqaviləsini ləğv edib. Təcrübəli oyunçu Türkiyə klubuna azad agent statusu ilə keçib. Onun imza mərasimi tezliklə baş tutacaq.

Xəbər xətti