"Qarabağ"ın 400-cü səfər oyunu

“Qarabağ” Azərbaycan çempionatlarında 400-cü səfər oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, yubiley “Sabah”la XIV turun matçında gerçəkləşib. Ağdam təmsilçisi 2:1 hesablı qələbə qazanıb. “Qarabağ” rəqib meydanlarındakı 400 görüşdə 182 dəfə qalib gəlib. 106 heç-heçəsi olan komanda 112 dəfə meydandan xalsız ayrılıb.

 

“Qarabağ”ın ilk səfəri 1992-ci il mayın 9-na təsadüf edib. Həmin gün ağdamlılar Salyanda “Plastik”i 2:0 hesabı ilə məğlubiyyətə uğradıb.

Tarix: 24 Yanvar [12:36]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
7 Mart 2021
6  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio