Divizionda daha bir oyun qara görə təxirə salındı

Birinci divizionun 13-cü turunun güclü qar səbəbindən yarımçıq dayandırılmış “Turan Tovuz” – “Sumqayıt-2” görüşü görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyinə görə təxirə salınıb.

 

Sportal.az xəbər verir ki, bu barədə PFL-in saytı məlumat yayıb. Həmçinin bu gün keçirilməli olan “Kəpəz” – “Qaradağ Lökbatan” qarşılaşması da analoji hava şəraiti ilə əlaqədar təxirə salınıb. Görüşlərin vaxtı barədə əlavə məlumat veriləcəyi bildirilib.

 

Dünən təxirə salınan Tovuz” – “Sumqayıt-2” oyunu bu gün saat 12:30-dan davam etdirilməli idi.

Tarix: 18 Fevral [12:44]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
8 Mart 2021
7  Mart 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio