İslam Slimani: "Fənərbaxça"ya keçməyim səhv addım idi"

22:22 - 22 Fevral 2021

2018/19 mövsümündə "Lester Siti"dən "Fənərbaxça"ya icarə əsasında keçən İslam Slimani Türkiyədəki günlərini xatırlayıb.

 

Sportal.az xəbər verir ki, əlcəzairli hücumçu İstanbul təmsilçisinə keçməklə səhvə yol verdiyini deyib:

 

"Fənərbaxça"ya keçəndə baş məşqçi mənə güvənirdi və hər oyun meydana buraxırdı. Sonra mənə dedilər ki, sən bura icarəyə gəlmisən və gələn mövsüm komandada olmayacaqsan. Mənə gələcək planlarında olmadıqlarını deyib, məşqlərə çıxamayacağımı bildirdilər. Yanvarda təkliflər var idi, ancaq icazə vermədilər. "Fənərbaxça"ya keçmək səhv addım idi".

 

32 yaşlı forvard hazırda Fransanın "Lion" klubunun üzvüdür. Slimani "Fənərbaxça"da keçirdiyi 25 oyunda 5 qol vurmuşdu.

Xəbər xətti