“Qarabağ” AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət etdi

16:16 - 25 Fevral 2021

“Qarabağ” klubu AFFA Apellyasiya Arbitraj Tribunalına müraciət ünvanlayıb.

 

Sportal.az xəbər verir ki, AFFA İntizam komitəsinin 23 fevral 2021-ci il tarixli qərarına əsasən, “Sumqayıt” – “Qarabağ” oyununda (0:0) 8 nömrəli futbolçu Uroş Matiçin formasında adının yanlış qeyd olunduğu əsas gətirilərək, futbol forması standartları pozulduğu üçün “Qarabağ” klubu 3000 AZN məbləğində cərimə olunmuşdur.

 

“Qarabağ” həmin oyunda forma geyinməyən, 1 dəqiqə belə meydanda olmayan Uroş Matiçin forma standartlarının pozulması qərarı və cərimə ilə razılaşmır. “Qarabağ” klubu qərarın ləğvi üçün AFFA Apellyasiya Arbitraj Tribunalına İntizam Məcəlləsinin uyğun bəndlərinə əsasən hazırlanmış müraciət ünvanlayıb.

Xəbər xətti