"Liverpul"un futbolçusu göldə boğulan atasının dəfnində iştirak etməyəcək

15:47 - 27 Fevral 2021

“Liverpul”un qapıçısı Alisson Bekker Braziliyada göldə boğularaq ölən atası Xose Bekkerin dəfn mərasimində iştirak edə bilməyəcək.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı qolkiper koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərə görə, ölkəsinə gedə bilməyəcək.

 

“Liverpul” rəhbərliyi üç həftə sonra Alissona ölkəsinə yollanmaq və orada 5 gün qalmaq üçün şərait yaradılacağına söz verib.

Xəbər xətti