"Liverpul"da Ozan Kabak da zədələndi

23:23 - 5 Mart 2021

"Liverpul"un yeni transferi Ozan Kabak zədələnib.

 

Sportal.az xəbər verir ki, Türkiyə millisinin üzvü Premyer Liqanın XIX turunda "Çelsi" ilə dünənki görüşdə (0:1) ayağından xəsarət alıb.

 

20 yaşlı futbolçunun zədəsi ciddi olmasa da, azı bir oyunu buraxacağı bildirilir.

 

Ozan Kabak ötən ay "Şalke"dən "Liverpul"a keçib.

Xəbər xətti