“Qəbələ” – “Səbail” matçının baş hakimi dəyişdi

13:13 - 9 Mart 2021

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Qəbələ” – “Səbail” oyununun baş hakimi dəyişib.

 

Sportal.az xəbər verir ki, Hakimlər Komitəsindən verilən məlumata görə, Rəhim Həsənov şəxsi səbəblərdən Qəbələyə yollana bilməyəcək. Onu referi Rəşad Əhmədov əvəzləyəcək.

 

Bu gün keçiriləcək “Qəbələ” – “Səbail” matçı saat 15:00-da başlayacaq.

Xəbər xətti