Çempionlar Liqasında ilk 1/4 finalçılar müəyyənləşir

14:45 - 9 Mart 2021

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start veriləcək.

 

Sportal.az xəbər verir ki, ilk matç günündə 2 qarşılaşma keçiriləcək. "Yuventus" doğma meydanda  "Portu" ilə qarşılaşacaq. Bu komandalar arasında ilk oyunda Portuqaliya təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 

Digər matçda isə "Sevilya" Dortmund "Borussiya"sının qonağı olacaq. İlk görüşdə 3:2 hesablı qələbə qazanan Almaniya klubu doğma meydanda da bu üstünlüyünü qorumağa çalışacaq.

 

00:00. "Yuventus" (İtaliya) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:2

 

00:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)
İlk oyun - 3:2

Xəbər xətti