"Neftçi"nin veteranı: "Bəxtimizdəndir, "Olimpiakos"un əksər oyunçusu da yoxdu, "Neftçi" onları rahat keçəcək"

14:11 - 28 İyul 2021

“Neftçi”nin Yunanıstandakı oyununa baxdım. Əslində bərabərsəviyyəli oyun gedirdi. Uduzsalar da, qol imkanları var idi. Fikrimcə, 1:1 bitəsi oyun idi. Heyf epizodlardan istifadə etmək mümkün olmadı”.

 

Bunu Sportal.az saytına “Neftçi”nin sabiq futbolçusu Ədahim Niftəliyev deyib.

 

1996-cı il və 1999-2002-ci illərdə “Neftçi” forması geyinmiş Niftəliyev “ağ-qaralar”ın Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin “Olimpiakos”la cavab qarşılaşmasındakı şanslarını dəyərləndirib. Veteran futbolçunun fikrincə, “Neftçi” Bakıda “Olimpiakos”la oyunu rahatlıqla qalib gələcək: “Neftçi”nin “Olimpiakos”u keçmək şansı çoxdu.

 

Bəxtimizdəndir, nədir, “Olimpiakos”un əksər futbolçusu oynaya bilməyəcək. Bu da “Neftçi” üçün şansdı. Komandamız Bakıda bir az da tempi artırsa, rahatlıqla mərhələni keçə bilər. Pireydə başabaş oyun getmişdi. 0:1 sürüşkən hesabdı, “Neftçi”nin mərhələ keçəcəyi ürəyimə damıb. Azarkeşlər də başlayan kimi futbolçulara ürək-dirək versələr, hər şey yaxşı olacaq”.

Xəbər xətti