"Qalatasaray" Niderland millisinin üzvünü transfer etdi

21:37 - 28 İyul 2021

Türkiyənin "Qalatasaray" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin "Kristal Pelas" klubundan Patrik van Aanholtu rənglərinə bağlayıb. "Sarı-qırmızılar"ın rəsmi saytı bu barədə məlumat yayıb. "Cim bom" Niderland millisinin üzvü ilə 3 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, 30 yaşlı sol cinah müdafiəçisi karyerası ərzində "Çelsi", "Nyukasl", "Lester", "Viqan", "Vitess" və "Sanderlend" klublarında oynayıb.

Xəbər xətti