"Neftçi" - "Qarabağ" oyunu sanki İstanbul derbilərinə bənzəyirdi" - VİDEO

15:15 - 14 Sentyabr 2021

Azərbaycan Premyer Liqası milli komandaların oyunları ilə bağlı yaranmış 3 həftəlik fasilədən sonra davam edir.

 

Sportal.az xəbər verir ki, turun mərkəzi oyunu "Neftçi" və "Qarabağ" komandaları arasında baş tutub. Azərbaycanın ən baxımlı telekanallarından olan ATV-də yayımlanan "Futbolumuz" verilişinin növbəti buraxılışı da ölkə çempionatının son turuna həsr olunub.

 

Aparıcı Oqtay Atayevin qonaqları fanat.az saytının rəhbəri Əlisahib Əliyev və verilişin daimi eksperti Emin Abbasov olublar. Proqramda həm "Neftçi" - "Qarabağ" görüşü, həm də digər matçlar haqda fikir mübadiləsi aparılıb.

 

Xəbər xətti