"Mövsüm ərzində mənasız oyunlar çox olur"

"Real"ın baş məşqçisi Karlo Ançelotti dünya çempionatının iki ildən bir təşkil edilməsi barədə irəli sürülən təklifə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, italiyalı mütəxəssis bu təklifin mənasız olduğunu deyib:

 

"Ümumiyyətlə, problem yalnız iki ildən bir dünya çempionatını təşkil etmək deyil. Təqvimdə mənasız oyunlar çoxdur. Mövsüm ərzində belə matçlarımız çox olur. Futbolçularda yüklənmə olur və bu da problem yaradır. FIFA və UEFA bunu həll etməlidir".

Tarix: 21 Sentyabr [18:47]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18  Oktyabr 2017
© 2012 - 2021 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio