"Qrizman hazırda adaptasiya prosesini keçir"

16:23 - 22 Sentyabr 2021

"Atletiko"nun baş məşqçisi Dieqo Simeona Antuan Qrizman haqda danışıb.

Sportal.az xəbər verir ki, argentinalı mütəxəssis fransalı futbolçunun komandaya adaptasiya prosesində olduğunu deyib:

"Antuan komandaya qayıtdığına görə sevincli idi. Hazırda o, yeni “Atletiko”ya adaptasiya prosesini keçir. Keçmiş komandadan fərqlənirik. Şübhəsiz ki, Antuanın yeni komandaya dərhal öyrəşəcəyinə, ümidləri doğruldacaq. Bəxtimiz gətirib ki, o, bizimlədi”.

Fransalı futbolçu "Atletiko"ya "Barselona"dan icarə əsasında keçib.

 

Xəbər xətti