Qurbanovun komandası BATE-ni məğlub etdi - VİDEO

Belarus çempionatında 26-cı turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, millimizin sabiq forvardı Ruslan Qurbanovun komandası "Slaviya" (Mozır) növbəti matçına çıxıb.

Qurbanovun komandası BATE ilə qarşılaşıb. Azərbaycanlı futbolçunun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:1.

Ruslan da bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib. “Slaviya” hazırda 24 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Tarix: 17 Oktyabr [10:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Yanvar 2022
17  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio