Murad Musayev: "Pressinq etsəniz, 70-80 metr geriyə qaçmağa ehtiyac olmaz"

"Milli komandanın baş məşqçisi futbolçuların fiziki durumuna təsir edə bilməz. Çünki onun kardinal dəyişikliklər üçün vaxtı azdır".

 

Sportal.az xəbər verir ki, bu fikirləri "Sabah" klubunun baş məşqçisi Murad Musayev Rusiya millisinin 2022-ci il dünya çempionatının seçmə mərhələsindəki çıxışı barədə yerli mətbuata açıqlamasında deyib.

 

38 yaşlı mütəxəssis bildirib ki, Valeri Karpinin yığmanın sükanı arxasına keçməsindən sonra məşqçilər heyəti oyunlarda daha çox pressinq və standart vəziyyətlər görmək istəyir: "Amma indiki məqamda komandanı formalaşdırmaq daha vacib idi. Bu mərhələdə ən önəmlisi nəticədir. Milli üzvlərinin vacib məqamlarda kifayət qədər sakit oynadıqlarını gördük. Belədə, həm müdafiədə, həm də hücumda daha çox şey alındı".

 

Onun sözlərinə görə, Aleksey Mirançukla Fyodor Smolovun meydanda bir-birini yaxşı başa düşməsi sevindiricidir: "Onların oyunu baxımlı, eyni zamanda təsirlidir. Bu, həm də onu göstərir ki, irəlidə pressinq etsəniz, 70-80 metr geriyə qaçmağa ehtiyac olmaz. Yəni, qısa məsafədə hərəkətlərlə rəqibi bağlasanız, daha az qaçarsınız".

 

Rusiya millisi DÇ-2022-nin seçmə mərhələsində son oyununu bu gün səfərdə Xorvatiyaya qarşı keçirəcək.

 

Murad Musayev "Sabah"la 2 ilik müqavilə imzalayıb.

Tarix: 14 Noyabr [18:18]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
29 Yanvar 2022
28  Yanvar 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio