"Qarabağ"ın futbolçuları ən yaxşılar arasında

12:12 - 27 Noyabr 2021

Konfrans Liqasının qrup mərhələsinin 5-ci turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

 

Sportal.az xəbər verir ki, “Qarabağ”ın kapitanları Maksim Medvedev və Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb. Hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə (2:2) 83 dəqiq ötürmə ilə yadda qalıb.

 

Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.

Xəbər xətti