İtaliya klubu baş məşqçi ilə yollarını ayırdı

14:31 - 17 Yanvar 2022

İtaliya A Seriyasında növbəti baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Sampdoriya" Roberto D’Aversa ilə yollarını ayırıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 46 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edilib.

 

Qeyd edək ki, Roberto D’Aversa 2021-ci ilin yayında "Sampdoriya"nın baş məşqçisi təyin olunmuşdu. Komanda 22 turdan sonra 20 xalla turnir cədvəlinin 15-ci pilləsindədir.

Xəbər xətti