AFFA-nın konfransının vaxtı müəyyənləşdi

Fevralın 2-də AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA-nın saytında yayılan açıqlamada bildirilib.

 

Saat 10:00-da başlayacaq Konfransın gündəliyinə İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması, maliyyə hesabatlarının təsdiq olunması, müstəqil auditorun hesabatını nəzərə almaq, hər hansı vakant vəzifəyə seçkilər, AFFA üzvlərinin təkliflərinin qəbul olunması və digər məsələlər salınıb.

Tarix: 24 Yanvar [13:22]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
24  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio