"Beşiktaş" futbolçusunu İstanbul klubuna icarəyə verdi

Türkiyənin "Başakşəhər" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi "Beşiktaş"dan Salih Uçanı heyətinə cəlb edib. 28 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında "bayquşlar"ın şərəfini qoruyacaq.

 

Qeyd edək ki, Salih Uçan "Beşiktaş"a 2021-ci ilin yayında "Alanyaspor"dan keçib. Təcrübəli futbolçu "qara qartallar"ın heyətində 15 oyunda meydana çıxıb.

Tarix: 28 Yanvar [11:27]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22  May 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio