Premyer Liqanı tərk edəcək daha bir klub məlum oldu

21:31 - 7 May 2022

İngiltərə Premyer Liqasını tərk edəcək 2-ci klubun adına aydınlıq gəlib.

 

Sportal.az xəbər verir ki, bu, "Uotford"dur. "Sarı-qaralar" 36-cı turda "Kristal Pelas"ə 0:1 hesabı ilə məğlub olaraq çempionatda qalmaq şansını itirib. "Uotford" 17-ci pillədəki "Lids Yunayted"dən 12 xal geridədir.

 

Qeyd edək ki, ötən həftə "Norviç Siti"nin də İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqləşmişdi.

Xəbər xətti