Misirli hücumçu "Qalatasaray"dan gedir

"Qalatasaray"ın hücumçusu Mustafa Məhəmməd komandanan ayrılmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, 25 yaşlı forvard İstanbul təmsilçisinindən ayrılmaq istəyidiyi rəhbərliyə bildirib. "Cim bom" Misir yığmasının üzvünün satışından 10 milyon avro gəlir əldə etməyi planlaşdırır.

 

Mustafa Məhəmmədlə Fransa klubları yaxından maraqlanır. "Lill", "Monpelye" və "Bordo" futbolçunu heyətinə qatmaq istəyir. 

 

Mustafa Mıəhəmməd "Qalatasaray"a Misirin "Zamalek" klubundan 4 milyon dollara transfer olunub. O, cari mövsümdə "sarı-qırmızılar"ın heyətindı meydana çıxdığı 39 rəsmi matçda 7 qol və 5 qol ötürməsi ilə yadda qalıb.

Tarix: 9 May [12:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
28 İyun 2022
27  İyun 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio