"Şaxtyor"un futbolçusu Bakı klubunda

19:46 - 18 Avqust 2022

"Səbail" heyətini gücləndirməyə davam edir.

Sportal.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ukraynalı müdafiəçi Petro Stasiuk Bayıl klubu ilə anlaşıb.

Premyer Liqa təmsilçisi onunla 2022/2023 mövsümünün sonunadək müqavilə imzalayıb.

27 yaşlı müdafiəçinin son klubu "Şaxtyor"du. O, karyerası ərzində "Minay", "Mariopol", "Jemçujina" və "Balkani"də oynayıb. 

Xəbər xətti