Azərbaycanlı hakim Avropa çempionatının ən yaxşısı seçildi

18:34 - 30 Sentyabr 2022

Albaniyanın paytaxtı Tiranada keçirilən 21 yaşadək taekvondoçular arasında Avropa çempionatının ən yaxşı hakiminin adı açıqlanıb.

 

Sportal.az xəbər verir ki, bu ada Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev layiq görülüb.

 

O, Avropa Taekvondo Birliyinin xüsusi hədiyyəsi ilə mükafatlandırılıb.

Xəbər xətti