Fatih Terim "Sevilya"nın baş məşqçisi ola bilər

Mövsümə uğursuz start verən "Sevilya" baş məşqçi Yulyen Lopeteqini istefaya göndərməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, komandanın göstərdiyi nəticələrdən narazı olan Əndəlus təmsilçisinin rəhbərliyi 56 yaşlı mütəxəssislə yolları ayıracaq.

 

La Liqa klubunun baş məşqçi postuna namizədlərdən biri Fatih Terimdir. "Carrusel Deportivo"nun yazdığına görə, "Sevilya" rəhbərliyi türkiyəli mütəxəssislə danışıqlar aparacaq. Digər namizəd isə Xorxe Sampaolidir.

 

Qeyd edək ki, "Sevilya" La Liqada 7 turdan sonra 5 xal toplayıb və turnir cədvəlinin 17-ci pilləsində qərarlaşıb. Komanda Çempionlar Liqasında isə keçirdiyi iki matçın birində məğlub olub, digərində heç-heçə edib.

Tarix: 4 Oktyabr [16:11]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
3 Dekabr 2022
2  Dekabr 2017
© 2012 - 2022 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio