Dadaşov qol vurdu, "Qrasshopper" mübarizəni dayandırdı

10:20 - 2 Fevral 2023

İsveçrə kubokunda 1/8 final mərhələsinin görüşləri oynanılıb.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Bazel"lə üz-üzə gəlib.

Dadaşovun komandası rəqibinə 3:5 hesabı ilə uduzub. Belədə, "Qrasshopper" kubokdakı mübarizəsini dayandırıb. Dadaşov Start heyətində meydana çıxan Dadaşov 53-cü dəqiqədə penaltidən fərqlənərək komandasının ikinci qolunu vurub.

Xəbər xətti