"Neftçi"nin rəqibi qazaxıstanlı futbolçu transfer etdi

10:54 - 13 Avqust 2023

Avropa Konfrans Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Beşiktaş" heyətini yeni futbolçu ilə gücləndirib.

Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi ÇSKA-nın yarımmüdafiəçisi Baxtiyor Zaynutdinovu transfer edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Beşiktaş" qazaxıstanlı vinger üçün Moskva klubuna 4,5 milyon avro ödəyəcək. 25 yaşlı ön xətt oyunçusu "qara qartallar"la 4 illik müqavilə imzalayacaq. Onun illik maaşı 1,2 milyon avro olacaq.

Qeyd edək ki, ÇSKA Baxtiyor Zaynutdinovu 2020-ci ilin yayında "Rostov"dan transfer etmişdi. Qazaxıstan millisinin üzvü cari mövsümdə "hərbçilər"in heyətində meydana çıxdığı 4 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti