Futboldan uzaqlaşdırılan hücumçu: "İlk qolu özüm vuracağıma dair mərc edirdim"

19:22 - 21 Avqust 2023

Matçlara pul qoyduğu üçün 8 aylıq futboldan uzaqlaşdırılan "Brentford"un hücumçusu Ayven Toni İngiltərə mətbuatına açıqlama verib.

Sportal.az xəbər verir ki, 27 yaşlı forvard özünün qol vuracağı ilə bağlı mərclər etdiyini bildirib. İngiltərə millisinin üzvü peşman olduğunu da ifadə edib:

"Mən sadəcə ilk qolu özüm vuracağıma dair mərc edirdim. Başqaları kimi sarı vərəqə alacağıma pul qoyub rəqiblərimə qarşı qaydanı pozmurdum. İlk vaxtlarda hamıya yalan danışmışdım. Sonradan oyunlara pul qoyduğumu etiraf etdim. Oynadığıma görə peşmanam". 

Xəbər xətti