Azərbaycanlı hakim Litva - Uels matçına təyinat aldı

12:45 - 10 Sentyabr 2023

FIFA referisi Rauf Cabarov təyinat alıb.

Sportal.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də keçiriləcək Litva – Uels qarşılaşmasının baş hakimi olacaq.

Cabbarova Namik Hüseynov və Cavanşir Yusifov kömək edəcək. Dördüncü hakim İnqilab Məmmədov olacaq.

Xəbər xətti