"Azərbaycan millisinin futbolçuları yaxşı səviyyədə oynayır"

20:12 - 12 Oktyabr 2023

Estoniya yığma komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Azərbaycan millisini qəbul edəcək.

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə keçirilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Tomas Heberli açıqlama verib:

"Biz optimistik, eyni zamanda realist olmalıyıq. Azərbaycan səviyyə baxımından bizə ən yaxınıdır və bu, təbii ki, oyunu vacib edir. Həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. İyunda Bakıda keçirilən oyundakı heç-heçədən (1:1) nəyi götürə bilərik? Fikrimcə, biz orada yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki və emosional komandası var, onların oyunçuları yaxşı səviyyədə oynayır. Amma bizim də yaxşı komandamız var. Oyuna nəzarət etməyi bacarmalıyıq, baxmayaraq ki, onlar topa oynamağı sevirlər. İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib idilər və bu, onlar haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq".

Xəbər xətti