"Antverpen"in futbolçusu Artur Vermeeren karyerasını Avropanın nəhəng klublarından birində davam etdirə bilər.
Sportal.az xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçinin xidmətində "Arsenal" və "Barselona" maraqlıdır. Bu barədə "Sport" nəşri məlumat yayıb.
London təmsilçisi gənc oyunçu üçün qışda Belçika klubuna 13 milyon avroluq təklif göndərəcək.
Qeyd edək ki, Belçika millisinin üzvü olan Artur Vermeeren cari mövsümdə "Antverpen"in heyətində meydana çıxdığı 19 rəsmi matçda 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.